Əsas səhifə » Tramp Maskın dövlət xidmətindən gedəcəyini açıqladı

Tramp Maskın dövlət xidmətindən gedəcəyini açıqladı

BAKI,AzerVoice

Donald Tramp, Hökumətin Effektivliyini Artırma Departamentinin (DOGE) fəaliyyətini dayandıracağını açıqlayıb.

AzerVoice xəbər verir ki,`Tramp bildirib ki, Mask dövlət xidmətində yalnız 130 gün olacaq

"Onu mümkün olduğu qədər saxlamaq istəyirəm. O, çox istedadlı bir oğlandır" - deyə, Tramp bildirib.

Maskın, Tramp administrasiyasında vəzifə alması, son vaxtlar dünyanın ən zəngin milyarderi üçün ciddi problemlərə səbəb olub.

Müxtəlif şəhərlərdə Tesla salonlarına hücumlar edilir. Rəhbəri olduğu Tesla şirkətinin Nyu-Yorkda fəaliyyətini qadağan etməyə çalışırlar. Elektrik avtomobilləri istehsalçısının satışları və səhmlərinin qiyməti bu fonla azalır, Mask özü də milyardlarla dollar itirir.

Mask ABŞ-ın xərclərini iki trilyon dollar azaltmağı planlaşdırır, DOGE tərəfindən qəbul edilən tədbirlər artıq minlərlə dövlət işçisinin işdən çıxarılmasına və bir çox maliyyə yardım proqramlarının dayandırılmasına səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice