Əsas səhifə » Səudiyyə Ərəbistanına gələn ay səfər edə bilərəm - Tramp

Səudiyyə Ərəbistanına gələn ay səfər edə bilərəm - Tramp

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp, gələn ay Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Tramp bu səfər zamanı Qətər və bəlkə də BƏƏ kimi digər Yaxın Şərq ölkələrini ziyarət edəcəyini bildirib.

Səfər, Trampın yanvarın 20-də hakimiyyətə gəlməsindən sonra ilk xarici səfəri olacaq.

Trampın daha sonra etdiyi açıqlamada, o, rusiyalı həmkarı Vladimir Putinin Ukraynada atəşkəsin əldə edilməsinə dair öhdəliklərini yerinə yetirəcəyinə inandığını vurğulayıb. Tramp həmçinin Ukrayna prezidenti Zelenskini də tənqid edərək, razılaşmaya əməl etməsini ümid etdiyini qeyd edib.

Qeyd edək ki, Tramp əvvəlki prezidentlik dövründə, 2017-ci ilin mayında Səudiyyə Ərəbistanına ilk xarici səfərini edib.

Digər Kateqoriyalar

2025 © Azervoice