Əsas səhifə » Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb

Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb

BAKI, AzerVoice

Çin ordusu Tayvanı əhatə edən geniş hərbi təlimlərə başlayıb.

AzerVoice xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı Tayvan ətrafında dəniz, hava, quru və raket qüvvələrinin iştirak etdiyi hərbi manevrlərə start verib.

Təlimlərdə dəniz-hava döyüş hazırlığı, strateji mövqelərin blokadaya alınması və əsas hədəflərə hücum ssenariləri sınaqdan keçirilir.

Komandanlıq sözçüsü polkovnik Xi Yi bildirib ki, bu hərbi manevrlər Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr üçün sərt xəbərdarlıq və çəkindirici mesajı daşıyır. Pekin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və lazım gələrsə, hərbi güc tətbiqini istisna etmir.

Qeyd edək ki, Çin son illərdə Tayvan ətrafında bir neçə genişmiqyaslı təlim də həyata keçirib. Xüsusilə, 2022-ci ildə ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra, 2023-cü ildə Tayvan liderinin ABŞ-a səfəri və 2024-cü ilin mayında yeni lider Lai Çinq-tenin vəzifəyə gəlməsi fonunda analoji hərbi manevrlər baş tutub. Tayvan isə özünü de-fakto müstəqil dövlət kimi idarə etməyə davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice