BAKI, AzerVoice
Finlandiyanın Helsinki Universitetinin professoru Tuomas Malinen, Ukraynada sülhün yalnız Prezident Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması ilə mümkün olacağına inanır.
AzerVoice xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Malinen, Zelenskinin hakimiyyətdə qalmasının müharibəni davam etdirəcəyini vurğulayıb.
"Zelenskini hakimiyyətdən uzaqlaşdırın və sülh əldə edin. Onu hakimiyyətdə saxlasanız, müharibə davam edəcək" – deyə Malinen qeyd edib.
Postunun sonunda, Malinen ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin sosial media hesablarını da qeyd edib.
Bundan əvvəl, Pentaqonun keçmiş müşaviri və ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor da Zelenskinin öz addımları ilə ABŞ-ın Ukrayna üzrə sülh sazişi üçün göstərdiyi bütün səyləri alt-üst etdiyini bildirmişdi.
Makqreqor, Zelenskinin hakimiyyətdə olduğu müddətcə Ukraynada sülhün mümkün olmadığını vurğulayaraq, onun istefasını tələb etmişdi.