BAKI, AzerVoice
İtaliya yeni Suriya hökumətinin qurulmasını alqışlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin X platformasında verdiyi bəyanatda deyilir.
Bəyanatda həmçinin, İtaliyanın Suriyanın bərpasına töhfə verməyə hazır olduğu bildirilib.
“Yeni Suriya hökumətinə ən xoş arzularımızı çatdırırıq. İtaliya, regionda sabitliyin təmin edilməsi çərçivəsində, Suriyanın bərpasına töhfə verməyə, həmçinin bütün cəmiyyətlərə hörmətlə yanaşan, dinc və hərtərəfli bir keçid prosesini dəstəkləməyə hazırdır”, – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, Suriya Prezidenti Əhməd əl-Şəraa ölkənin yeni hökumətinin tərkibini təqdim edib. Yeni hökumətdə yalnız bir qadın yer alıb. Hökumətin əksər yerləri isə əl-Şəraanın tərəfdarlarına verilib.
Həmçinin oxuyun: ►İspaniya Suriyada yeni hökümətin qurulmasını alqışlayıb
Həmçinin oxuyun: ►Suriyada yeni hökümətin tərkibi açıqlanıb
Xəbərlərimizi Telegram kanalımızdan izləyin