Əsas səhifə » İsrail HƏMAS-dan 11 girovunun buraxılmasını tələb edib

İsrail HƏMAS-dan 11 girovunun buraxılmasını tələb edib

BAKI, AzerVoice

İsrail tərəfi Qəzza zolağında 40 günlük atəşkəs rejiminin tətbiqi qarşılığında 11 girovun azad olunmasında israr edir.

AzerVoice xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti məlumat yayıb.

Məlumata əsasən, söhbət israilli, eyni zamanda Amerika vətəndaşlığı da olan əsgər İdan Aleksandr və daha 10 girovdan gedir.

Bundan əlavə, HƏMAS-dan Qəzzada girov saxlanılan şəxslərin vəziyyəti ilə bağlı tam məlumat təqdim etməsini tələb edir. Mənbələrin məlumatına görə, əvvəlki atəşkəs dövründə HƏMAS sadəcə 33 girov haqqında ümumi məlumat vermişdi.

Bununla yanaşı bildirilib ki, döyüşlərdə yaranacaq fasilə zamanı Qəzzada hərbi kampaniyanın növbəti mərhələləri və münaqişənin dayandırılması şərtləri ilə bağlı danışıqlar aparılacaq. İsrail, bütün girovların azad olunması ilə yanaşı, döyüşlərin sona çatması üçün bir sıra tələblər də irəli sürür. Bu tələblər arasında Fələstin anklavı daxilində təhlükəsizlik zonasının yaradılması, Qəzza zolağının demilitarizasiyası və HƏMAS üzvlərinin bu ərazidən çıxarılması da var.

Digər Kateqoriyalar

2025 © Azervoice