Əsas səhifə » Tramp və putin arasında yeni telefon danışığı mümkündür - Peskov

Tramp və putin arasında yeni telefon danışığı mümkündür - Peskov

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında yaxın zamanda yeni telefon danışığı mümkündür.

AzerVoice xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ehtiyac yaranarsa Tramp ilə Putin arasında qısa müddətdə telefon danışığı ola bilər, lakin bu həftə üçün telefon danışığı planlaşdırılmayıb", - deyə Peskov bildirib.

Peskov, Putinin Trampla müzakirələrə açıq olduğunu bildirib.

“Əvvəlki ABŞ administrasiyası dövründə ciddi zərər görən ikitərəfli münasibətlərimizi bərpa etmək üçün ABŞ tərəfi ilə işlərimizi davam etdiririk” – deyə Peskov bəyan edib.

Peskov, həmçinin, Ukrayna ilə bağlı mümkün atəşkəs razılaşması mövzusuna da toxunub.

“Ukrayna ilə bağlı bəzi ideyaların həyata keçirilməsi üzərində işləyirik. Bu proses davam edir, amma hazırda açıqlaya biləcəyimiz konkret bir məlumat yoxdur. Çünki bu məsələ mürəkkəb xarakter daşıyır və vaxt tələb edir”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Putinin sərmayə nümayəndəsi Kirill Dmitriyev, Rusiya ilə ABŞ arasında faydalı qazıntılar mövzusunda dialoqun başladığını bildirib. Peskov isə bu sahədə konkret detalların olmadığını desə də, qarşılıqlı marağın və faydalı layihələrin mümkün olduğunu qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice