Əsas səhifə » Banqkokda baş verən zəlzələdə ölənlərin sayı 20-ə çatıb

Banqkokda baş verən zəlzələdə ölənlərin sayı 20-ə çatıb

BAKI, AzerVoice

Banqkokda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə şəhərin şimalındakı Çatuçak rayonunda yerləşən Baş Auditor İdarəsinin binasının uçduğu ərazidə yaradılan operativ qərargah mılumat verib.

İlkin məlumata görə, ölənlərin sayı 20-ə çatıb, 74 nəfər isə itkin düşüb.

Bildirilib ki, son sutka ərzində xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxarıblar. Beləliklə, həmin tikinti obyektində həyatını itirənlərin sayı ümumilikdə 13 nəfərə çatıb.

Zəlzələnin özü martın 28-də Myanma ərazisində baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 olub. Myanmada bu təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 2000 nəfəri keçib.

Zəlzələ Tailandda da hiss olunub – güclü yeraltı təkanlar Banqkok və ətraf ərazilərlə yanaşı, ölkənin şimal, şimal-şərq, mərkəz və cənub bölgələrində də müşahidə olunub.

Tailand hakimiyyəti zəlzələyə dörd mümkün səviyyədən üçüncüsünü verərək onu genişmiqyaslı təbii fəlakət kimi təsnif edib.

Digər Kateqoriyalar

2025 © Azervoice