Əsas səhifə » Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır

Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır

BAKI, AzerVoice

Avropanın altı ölkəsi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

AzerVoice-un məlumatına görə, bu barədə altı ölkənin xarici işlər nazirləri və Aİ xarici siyasət rəhbəri Kaya Kallasın Madriddə keçirilən görüşdən sonra yaydığı birgə bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa və Fransa Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

Tərəflər görüş zamanı Rusiya aktivlərinin münaqişə bitənə qədər dondurulmuş vəziyyətdə qalmasını dəstəkləyiblər. Onlar, həmçinin Kiyevə dəstəyi davam etdirəcəklərini və gələcəkdə yeni öhdəliklər götürməyə hazır olduqlarını bildiriblər.

İspaniya Xarici İşlər Nazirliyinin yaydığı sənəddə isə, Rusiyaya Ukrayna böhranının həlli istiqamətində ciddi öhdəlik göstərməyə çağırış yer alıb.

“Rusiya üzərində təzyiqləri artırmağa, o cümlədən yeni sanksiyalar tətbiq etməyə hazırıq,” – deyə sənəddə vurğulanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice