BAKI, AzerVoice
Almaniyanın Spectrum kosmik raketi havaya qalxdıqdan 30 saniyə sonra partlayıb.
AzerVoice xəbər verir ki,
Isar Aerospace şirkəti tərəfindən hazırlanmış və Avropadan
peyklərin buraxılması üçün nəzərdə tutulan Spectrum raketi Norveçin
Andoya adasından havaya qalxdıqdan cəmi 30 saniyə sonra
partlayıb.
Təxminən 50 ton ağırlığında olan raket buraxılış meydançasının
yaxınlığında yerə düşüb.
Hadisənin səbəbləri barədə rəsmi açıqlama verilməsə də, mütəxəssislər texniki nasazlıq ehtimalını nəzərdən keçirirlər. Şirkətin gələcək missiyalar üçün planlarını yenidən dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, Spectrum raketi Avropanın özəl kosmik proqramları çərçivəsində peykləri orbitə daşımaq üçün hazırlanmışdı və bu, Isar Aerospace-in ilk orbital buraxılışı idi.