Əsas səhifə » Mask seçkilərə müdaxilə edərək, milyonluq çeklər paylayır

Mask seçkilərə müdaxilə edərək, milyonluq çeklər paylayır

BAKI, AzerVoice

İlon Mask mühafizəkar namizədi dəstəkləmək üçün milyon dollarlıq çeklər paylayır.

AzerVoice xəbər verir ki, İlon Mask Viskonsin ştatının Ali Məhkəmə seçkilərində mühafizəkar namizəd Bred Şimelə dəstək məqsədilə seçicilərə milyon dollarlıq çeklər verib

O, həmçinin bu namizədə səs verən hər kəsə 20 dollar vəd edib.

Musk liberal namizəd Sudan Kroufordun önə çıxdığı seçkidə nəticələri dəyişdirmək üçün bu addımı atdığını açıq şəkildə etiraf edib. Maskın bu müdaxiləsi seçkilərin ABŞ tarixində ən bahalı Ali Məhkəmə seçkisi kimi qeydə alınmasına səbəb olub. O, məhkəmənin üzvlüyünün ştatın seçki qaydalarına və gələcək Respublikaçı namizədlərin uğuruna təsir edəcəyini bildirib.

Qeyd edək ki, İlon Maskın mühafizəkar namizədləri dəstəkləmək üçün indiyədək 17,5 milyon dollar xərclədiyi bildirilir. O, keçən il Donald Trampın prezident seçilməsi üçün 250 milyon dollar sərf edib və Tramp tərəfindən hökumət islahatlarına rəhbərlik etmək üçün təyin olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice