17
BAKI, AzerVoice
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis İsrailə səfəri çərçivəsində prezident İshaq Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb.
AzerVoice xəbər verir ki, danışıqlarda iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi, müdafiə əməkdaşlığı və enerji koordinasiyası müzakirə olunub.
Hersoq sosial media hesabında Yunanıstanın İsraillə həmrəyliyini vurğulayaraq, Qəzzada israilli məhbusların azad edilməsi məsələsində göstərilən dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Mitsotakis və Netanyahu arasında keçirilən görüşdə Şərqi Aralıq dənizində təhlükəsizlik və Suriyadakı vəziyyət də müzakirə edilib.