Əsas səhifə » Mərakeş kralı bayram münasibətilə 1533 məhbusu əfv edib

Mərakeş kralı bayram münasibətilə 1533 məhbusu əfv edib

BAKI,AzerVoice

Mərakeş kralı VI Məhəmməd Fitr bayramı münasibətilə 1533 məhbusun əfv edilməsinə qərar verib.

AzerVoice xəbər verir ki, Mərakeş Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bayram münasibətilə verilən əfv fərmanının terrorizm və ekstremizmdə təqsirli bilinən 31 məhbusu da əhatə etdiyi bildirilib.

Qeyd edək ki, Mərakeş kralı konstitusiyanın 58-ci maddəsinə əsasən, milli və dini bayramlarda müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslərə amnistiya verə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice