Əsas səhifə » Üçüncü müddət üçün də namizəd ola bilərəm- Tramp

Üçüncü müddət üçün də namizəd ola bilərəm- Tramp

BAKI,AzerVoice

ABŞ-ın sabiq prezidenti Donald Tramp üçüncü müddətə namizədliyini zarafat etmədiyini vurğuladı.

AzerVoice xəbər verir ki, NBC-yə telefonla müsahibəsində Tramp üçüncü müddətə namizəd olmaq ehtimalını istisna etməyib.

O, “Xeyr, zarafat etmirəm. Zarafat etmirəm, amma bu barədə düşünmək hələ tezdir” deyərək, bunun mümkün ola biləcəyini iddia edib. Lakin konkret hansı yolların mövcud olduğunu açıqlamaqdan imtina edib.

Qeyd edək ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, heç bir şəxs iki dəfədən çox prezident seçilə bilməz. Bununla belə, Tramp dəfələrlə üçüncü müddət məsələsini gündəmə gətirib və tərəfdarları arasında bu mövzunu aktuallaşdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice