Əsas səhifə » Biz başqasına aid deyilik - Qrenlandiya

Biz başqasına aid deyilik - Qrenlandiya

BAKI,AzerVoice

Qrenlandiyanın baş naziri Yens Fredrik Nilsen ABŞ-ın adanı ələ keçirmək niyyətinə qətiyyətlə qarşı çıxdı.

AzerVoice xəbər verir ki, Nilsen bazar ertəsi Facebook hesabında paylaşım edərək ABŞ-ın Qrenlandiyanı ələ keçirə bilməyəcəyini və adanın gələcəyinin yalnız yerli əhali tərəfindən müəyyənləşdiriləcəyini bildirib.

O, “Biz başqasına aid deyilik. Gələcəyimizi özümüz müəyyənləşdiririk” ifadəsini işlədib.

Tramp isə NBC News-a müsahibəsində Danimarkanın yarı muxtar ərazisi olan Qrenlandiya ilə bağlı “ciddi danışıqlar” apardıqlarını və bu prosesi başa çatdırmaq niyyətində olduqlarını bildirib. ABŞ vitse-prezidenti J.D. Vens isə ötən cümə Qrenlandiyadakı hərbi bazanı ziyarət edərək Danimarkanı adanı təhlükəsiz saxlamaqda uğursuzluqda ittiham edib və ABŞ-ın bu məsələdə daha yaxşı rol oynaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Qrenlandiya ilə bağlı maraqlarını uzun müddətdir gündəmdə saxlayır. Tarixdə dəfələrlə ABŞ bu ərazini almaq üçün Danimarka hökumətinə müxtəlif təkliflər irəli sürüb.

Digər Kateqoriyalar

2025 © Azervoice