BAKI,AzerVoice
ABŞ prezidenti Donald Tramp yeni əks tariflərin bütün ölkələri əhatə edəcəyini bildirib.
AzerVoice xəbər verir ki,
Tramp dünən verdiyi açıqlamada bu həftə elan olunacaq əks
tariflərin məhdud ölkələrə deyil, qlobal miqyasda tətbiq
ediləcəyini vurğulayıb.
Onun sözlərinə görə, Çindən Hindistana qədər bir sıra ölkələrə
əvvəllər tətbiq olunan polad, alüminium və avtomobil tarifləri bu
qərarla daha da sərtləşəcək.
Bundan əlavə, Tramp TikTok-un sahibi ByteDance ilə ABŞ hökuməti arasında aparılan danışıqların göstərilən müddət başa çatmadan tamamlanacağını təsdiqləyib. O, 170 milyon amerikalının istifadə etdiyi platformanın çinli olmayan bir alıcıya satılması üçün aprelin 5-nə qədər vaxt verildiyini və hazırda potensial alıcıların maraq göstərdiyini bildirib.
Qeyd edək ki, 2024-cü ildə qəbul edilən qanuna əsasən, TikTok-un satışı baş tutmasa, platforma ABŞ-da qadağa ilə üzləşəcək.