Əsas səhifə » Myanmada xilasedicilər zamanla yarışır

Myanmada xilasedicilər zamanla yarışır

BAKI,AzerVoice

ABŞ Geoloji Xidməti Myanmada baş verən zəlzələnin nəticələrinin 10 mindən çox insanın həyatına son qoya biləcəyini bildirir.

AzerVoice xəbər verir ki, tarixin ən ağır zəlzələlərindən birini yaşayan Myanmada rəsmi açıqlamalara görə, 1700 nəfər həlak olub, 3400 nəfər yaralanıb, 300 nəfər isə itkin düşüb. Lakin dağıntıların miqyası nəzərə alınarsa, ölənlərin sayı on minlərlə arta bilər.

Mandalay şəhərində minlərlə ev dağılıb, elektrik infrastrukturu tamamilə çöküb. Yardım hələ də çatdırılmayan bölgələrdə xilasetmə işləri ağır texnika çatışmazlığı səbəbindən çətinliklə aparılır. Məmurlar bildirirlər ki, dağıntılar altında qalan insanların taleyi naməlumdur və yardım əməliyyatları böyük maneələrlə üzləşir.

Qeyd edək ki, ABŞ Geoloji Xidməti ilk qiymətləndirmələrində zəlzələnin ölkənin illik ümumi milli məhsulundan daha çox iqtisadi zərərə səbəb ola biləcəyini ehtimal edib.

Digər Kateqoriyalar

2025 © Azervoice