Əsas səhifə » Tramp Putinə çox qəzəbli olduğunu açıqlayıb

Tramp Putinə çox qəzəbli olduğunu açıqlayıb

BAKI,AzerVoice

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin liderliyini tənqid etdikdən sonra Rusiya Prezidenti Vladimir Putinə qarşı "çox qəzəbli" və "hiddətli" olduğunu vurğuladı.

AzerVoice xəbər verir ki, Tramp, həmçinin, Putinin şərhlərinin düzgün istiqamətə yönəlmədiyini əlavə edib.

ABŞ prezidenti Donald Tramp, Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyişə mane olduğunu düşündüyü təqdirdə Rusiyadan gətirilən neftə ikinci dərəcəli gömrük rüsumu tətbiq edəcəyi ilə hədələdi

Cümə günü Putin, “yetkin” bir hökumət seçilənə qədər Ukraynanın müvəqqəti olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətinə verilməsini təklif etmişdi. Bu təklif Vaşinqton tərəfindən rədd edildi.

Müsahibə zamanı Tramp, “Əgər Rusiya və mən Ukraynada qan tökülməsini dayandırmaq üçün bir razılığa gələ bilməsək və bunun Rusiyanın günahı olduğunu düşünsəm bu, Rusiyadan gətirilən bütün neftə ikinci dərəcəli gömrük rüsumu tətbiq edəcəyəm”,- deyə Tramp bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice