Əsas səhifə » İran nüvə razılaşmasına gəlməsə, ağır nəticələrlə üzləşəcək - Tramp

İran nüvə razılaşmasına gəlməsə, ağır nəticələrlə üzləşəcək - Tramp

BAKI,AzerVoice

Əgər İran nüvə razılaşmasına gəlməsə, ağır nəticələrlə üzləşəcək.

AzerVoice xəbər verir ki, bu barədə Tramp, həftəsonu istirahətini keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“Bir neçə əlavə sanksiya maddəmiz var. İrana qarşı yeni gömrük rüsumlarımız var və əgər irəliləyiş görməsək, bir neçə həftə ərzində onları tətbiq edəcəyik”,- deyə Tramp İrana əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb

Tramp əlavə edib ki, İrana qarşı yeni gömrük rüsumlarının tətbiqi onların razılaşmaya gəlib-gəlməməsindən asılı olacaq.

O, İranın anlaşmaya gəlməsinin daha məqsədəuyğun olduğunu vurğulayaraq, əks halda bunun Tehran üçün yaxşı nəticələnməyəcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice