Əsas səhifə » Taylandda baş verən zəlzələdə ölənlərin sayı 18-ə çatıb

Taylandda baş verən zəlzələdə ölənlərin sayı 18-ə çatıb

BAKI, AzerVoice

Taylandın paytaxtı Banqkokda baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 18 nəfərə çatıb, 76 nəfər isə itkin düşüb.

AzerVoice xəbər verir ki, bu barədə Banqkok administrasiyası nəzdində yaradılmış zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargahın verdiyi məlumatda deyilir.

Məluamta görə, İtkin düşənlərin hamısı, Banqkokun şimalındakı Çatuçak rayonunda yerləşən Baş Audit İdarəsinin yeni binasının tikintisinə cəlb olunan işçilərdir. Həmin ərazidə ümumi 11 nəfərin öldüyü bildirilib. Hazırda bu tikinti sahəsində axtarış-xilasetmə əməliyyatları davam edir.

Şəhər hakimiyyəti bildirib ki, dağıntılar altından "həyat əlamətləri" aşkar olunub.

"Adiyati qurumlar ümidi qoruyub saxlayırlar və artıq üçüncü gündür fasiləsiz işləyirlər”, – deyə məlumatda qeyd olunub.

Tayland hakimiyyəti zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 200 milyon bat (təxminən 5,8 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice