BAKI, AzerVoice
Qəzza sakinləri ABŞ Prezidenti Donald Trampın planına əməl etməlidir.
AzerVoice xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O, İsrailin Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı danışıqlara açıq olduğunu bildirib. Lakin o qeyd edib ki, danışıqlar müəyyən şərtlər altında olacaq.
"İsrail Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı danışıqlara açıqdır, lakin bunun şərtləri olaraq, radikal fələstin hərəkatı HƏMAS-ın rəhbərliyi bu ərazidən çıxarılmalıdır və yerli sakinlər ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq "könüllü köçü" həyata keçirməlidir.
Netanyahu həmçinin, HƏMAS-ın silahlarını yerə qoymasını tələb edib.
"Guya danışıqlar aparmırıq. Bu doğru deyil. Biz atəş altında danışıqlar aparırıq və buna görə də onlar effektivdir. Biz guya son mərhələni müzakirə etməyə hazır deyilik. Bu da doğru deyil. Biz hazırıq. HƏMAS silahlarını yerə qoyacaq, onun liderləri zolaqdan çıxarılacaq, biz də Qəzzada ümumi təhlükəsizliyi təmin edəcəyik və Trampın planını - könüllü köç proqramını həyata keçirəcəyik", - deyə netanyahu bildirib.