Əsas səhifə » İsrail hava qüvvələri Husilərin atdığı raketi vurublar

İsrail hava qüvvələri Husilərin atdığı raketi vurublar

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri Husilərin Yəmən ərazisindən atdığı raketi vurublar.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun veridiyi açıqlamada deyilir.

Açıqlamada qeyd olunub ki, raketlər vurulmadan əvvəl, ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları səsləndirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu, Husilərin Yəməndən atdığı iki raketi zərərsizləşdirdiyini bildirmişdi.

Həmçinin xatırladaq ki, bundan əvvəl husilər martın 7-də İsrailə humanitar yardımların Qəzzaya girişinə icazə verməsi üçün 4 gün vaxt vermiş və əks halda dəniz əməliyyatlarını bərpa edəcəklərini bildirmişdilər.

ABŞ Prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platformasında Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat əmri verdiyini açıqlayıb.

Husilərin lideri Əbdül-Malik əl-Husi isə ABŞ-ın hava və dəniz qüvvələrinin husilərin hədəfinə çevriləcəyini və Vaşinqtonun da dənizdə naviqasiya məhdudiyyətlərindən təsirlənəcəyini bildirib.

Həmçinin oxuyun:

Husilər İsrailin hava limanını ballistik raketlə vurub

ABŞ Husilərin liderlərini zərərsizləşdirib

Husilərin İsrailə atdığı raket Səudiyyəyə düşüb

Digər Kateqoriyalar

2025 © Azervoice