BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp, Konstitusiyaya edilmiş düzəlişlərdən birini "boşluq" olaraq istifadə edərək 2037-ci ilə qədər, yəni 90 yaşına çatana qədər prezident olaraq qalmağa davam edə bilər.
AzerVoice xəbər verir ki, bu barədə Britaniyanın The Daily Mail qəzeti məlumat yayıb.
Məlumat görə, Ağ Ev administrasiyası 1951-ci ildə qəbul edilmiş 22-ci Konstitusiya düzəlişindən istifadə etməyi nəzərdən keçirir. Bu düzəlişə görə, eyni şəxs prezident seçilə bilər, lakin yalnız iki dəfə. Lakin düzəlişdə, bir şəxsin prezidentlikdən istefa verdikdə və ya mövcud prezident öləndə, həmin şəxsin üç və ya dördüncü dəfə seçilə biləcəyi barədə bir şərt yoxdur.
Qəzetin fikrincə, bununla əlaqədar, hazırkı vitse-prezident Cey Di Vens prezidentliyə namizəd ola bilər, Tramp isə Vensin istefa verməsindən sonra onun yerini tuta bilər.
Qəzet həmçinin qeyd edir ki, ABŞ Ali Məhkəməsinin bu qərarı hüquqi baxımdan qəbul etməkdə çətinlik çəkəcəyi ehtimal olunur.