Əsas səhifə » Myanmada baş verən zəlzələdə ölənlərin sayı 1700-ü keçib

Myanmada baş verən zəlzələdə ölənlərin sayı 1700-ü keçib

BAKI, AzerVoice

Myanmada baş verən zəlzələdə ölənlərin sayı 1700-ü keçib.

AzerVoice xəbər verir ki, bu barədə Myanmanın Dövlət İdarəetmə Şurası məlumat verib.

Məlumata əsasən, zəlzələ nəticəsində daha 3 400 nəfər yaralanıb, təxminən 300 nəfər isə itkin düşüb.

Xatırladaq ki, 28 mart tarixində Myanma ərazisində şiddətli zəlzələlər baş verib. Zəlzələlər Myanmanın paytaxtı Nepidodan şimalda, Saqainq şəhərinin 16 kilometr şimal-qərbində, yerin təxminən 10 kilometr dərinliyində qeydə alınıb. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 8,2 olub.

Digər Kateqoriyalar

2025 © Azervoice