Əsas səhifə » Filippinlərdə təyyarə qəzaya uğrayıb - Ölənlər var

Filippinlərdə təyyarə qəzaya uğrayıb - Ölənlər var

BAKI, AzerVoice

Filippinlərdə bir təyyarə qəzaya uğrayıb.

AzerVoice xəbər verir ki, bu barədə Filippin polisi məlumat yayıb.

Məlumata əsasən, Filippinlərin Panqasinan bölgəsində "Cessna" tipli kiçik təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Təyyarədə olan 32 yaşlı pilot və 25 yaşlı tələbə hadisə yerində həyatını itirib.

Polis, qəza ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice