BAKI, AzerVoice
Bugün Cənubi Koreyanın cənub-şərqində baş verən genişmiqyaslı meşə yanğınları ilə bağlı bir nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Cənubi Koreya polisi məlumat verib.
Məlumatda qeyd olunub ki, 56 yaşlı bir kişi martın 22-də saat 11:25 radələrində ailə məzarlığında anım mərasimi keçirdiyi zaman ehtiyatsızlıq nəticəsində yanğına səbəb olmaqda ittiham olunur. Güclü külək və quraqlıq səbəbindən alov ətraf bölgələrə də sürətlə yayılıb.
Polisin verdiyi məlumata görə, şübhəli şəxs irəli sürülən ittihamları inkar edir.
Yanğın nəticəsində azı 26 nəfər həyatını itirib. Təbii fəlakət təxminən 4 min tikilini – o cümlədən UESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Qun məbədini, yaşayış evlərini, fabrikləri və digər obyektləri məhv edib.
Koreya Meşə Xidmətinin (KFS) məlumatına əsasən, meşə yanğınında təxminən 48 min hektar meşə sahəsi yanıb – bu, paytaxt Seulun sahəsinin təxminən 80 faizinə bərabərdir.
Yanğını söndürmək üçün 50 helikopter, 1 473 nəfər personal və 213 texnika cəlb edilib.
Polis gələn həftə Meşə Elmləri Milli İnstitutu, Milli Məhkəmə-Tibb Xidməti və yanğınsöndürmə xidmətlərinin iştirakı ilə birgə araşdırma aparmağı planlaşdırır.