Əsas səhifə » Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti gücləndirmək istəyir

Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti gücləndirmək istəyir

BAKI, AzerVoice

ABŞ-ın vitse-prezidenti Ceyms Devid (JD) Vans Amerika nümayəndə heyəti ilə birlikdə Qrenlandiyaya səfəri zamanı Danimarka hökumətinin adanın təhlükəsizliyinə kifayət qədər sərmayə qoymadığını bildirib.

AzerVoice xəbər verir ki, Vans Qrenlandiyanın şimal-qərbində yerləşən və "Thule Hava Bazası" kimi tanınan Pituffik Kosmik Mərkəzində çıxış edərək, adada daha güclü ABŞ mövcudluğunun zəruriliyini vurğulayıb. O, Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını və bu marağın gələcək illərdə daha da artacağını qeyd edib.

Qeyd edək ki, Tramp administrasiyası əvvəllər də Qrenlandiyanı ABŞ nəzarətinə almaq niyyətində olduğunu ifadə edib. Donald Tramp 2024-cü ilin dekabrında Truth Social hesabında Qrenlandiyanın ABŞ nəzarətinə keçməsinin “mütləq zərurət” olduğunu bildirib. O, martın 13-də NATO-nun baş katibi Mark Rutte ilə görüşündə də bu fikri təkrarlayaraq, milli təhlükəsizlik baxımından bu addımın vacibliyini vurğulayıb.

Buna cavab olaraq, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ nümayəndə heyətinin səfərini “problemli” və “hörmətsiz” adlandırıb. Danimarka və Qrenlandiya rəhbərliyi adanın satılmayacağını bəyan edərək ABŞ-ın ilhaq planlarına qarşı çıxış ediblər. Bununla belə, Avropa Birliyi Trampın bu təhdidlərinə yetərincə güclü cavab verməməkdə tənqid olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice