Əsas səhifə » Kanada və Hindistanla gömrük rüsumları barədə razılığa gələcəyimizə əminəm - Tramp

Kanada və Hindistanla gömrük rüsumları barədə razılığa gələcəyimizə əminəm - Tramp

BAKI, AzerVoice

ABŞ-ın Kanada və Hindistanla gömrük rüsumları məsələsində razılığa gələcəyinə əminəm.

AzerVoice xəbər verir ki, o, bu sözləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Eyni zamanda, Tramp bildirib ki, əgər kanada və ABŞ arasında arasında faktiki ticarət müharibəsi başlasa, Kanada ilə olan gömrük rüsumlarını daha da artırmağa hazırdır.

Qeyd edək ki, ABŞ martın 4-dən etibarən Kanadadan idxal olunan məhsullara 25 faizlik əlavə rüsum tətbiq etməyə başlayıb. Bunun cavabında Ontario əyalətinin baş naziri Duq Ford ABŞ-a verilən elektrik enerjisinə 25 faiz rüsum tətbiq edəcəklərini bəyan edib. Ağ Ev isə bu addımın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Digər Kateqoriyalar

2025 © Azervoice