BAKI, AzerVoice
İlon Maskın sahibi olduğu Tesla şirkətinə qarşı ABŞ-ın 30-dan çox ştatında 200-dən çox etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
AzerVoice-un məlumatına görə, martın 29-da "Tesla Takedown" adlı geniş miqyaslı etiraz aksiyaları keçiriləcək.
Məlumata görə, Aksiyalar Teslanın 277 söbəsinin qarşısında keçiriləcək.
Etirazçılar, bu yolla Tesla şirkətinə və onun istehsal etdiyi elektrikli avtomobillərdən əldə olunan gəlirlərinə ziyan vurmağı hədəfləyirlər.
"Tesla Takedown" rəsmi saytında etiraz aksiyalarının xəritəsi yerləşdirilib. Xəritədə, xüsusilə Böyük Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələrində 20-dən çox Tesla şöbəsinin ünvanı da qeyd olunub.
Aksiyanın təşkilatçıları Tesla şirkətinə qarşı dünyanın hər yerində 500-dən çox mitinqin keçiriləcəyinə ümid edir.
Təşkilatçılar bildiriblər ki, Mask Tesla vasitəsilə yaratdığı sərvətini istifadə edərək ABŞ-da demokratiyanı məhv edir. Onlar tərəfdarlarını Tesla avtomobillərini satmağa, şirkətin səhmlərini satmağa və beləliklə Maskı dayandıraraq demokratiyanı xilas etməyə çağırıblar.