BAKI, AzerVoice
Cənubi Koreyada 8 gündür davam edən və ölkə tarixinin ən böyük yanğın fəlakəti kimi qeydə alınan meşə yanğınları nəzarət altına alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Koreya Meşə Xidmətinin (KFS) verdiyi məlumatda bildirilib.
Məlumata görə, Cənubi koreyanın Şimali Qyeongsang əyalətindəki yanğınlar yerli vaxtla saat 17:00-da tamamilə nəzarət altına alınıb. Cənubi Qyeongsang əyalətindəki yanğınların isə 93 faizi söndürülüb.
Meşə Xidmətinin rəisi Lim Sanq-seop məsələyə dair verdiyi açıqlamada yanğınsöndürmə işlərinin davam edəcəyini bildiib.
"Böyük yanğınlar tamamilə söndürüldükdən sonra yerli idarələrlə və adiyati qurumlarla əməkdaşlıq edərək küllərin tam soyumasına fokuslanacağıq. Bu prosesin 5-6 gün davam edəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, martın 21-də Cənubi Koreyanın Cənubi Qyeongsang əyalətində başlayan meşə yanğınları qısa müddətdə Şimali Qyeongsang əyalətinə də yayılmışdı. Yanğınlar çox keçmədən 20-dən çox bölgəni əhatə etmişdi. Cənubi Koreya Mərkəzi Fəlakət və Təhlükəsizlik Qarargahı 28 nəfərin həyatını itirdiyini, 37 nəfərin isə yaralandığını açıqlamışdı. Təxminən 48 min hektar ərazi külə dönmüş, 38 min nəfər isə təxliyə edilmişdi. Cənubi Koreyanın Müvəqqəti Dövlət Başçısı Han Duk-soo bu yanğınların ölkənin indiyə qədər qarşılaşdığı ən böyük meşə yanğınının olduğunu bildirmişdi.