Əsas səhifə » Mərkəzi Asiya ölkələri və Avropa İttifaqı arasında görüş keçirilib

Mərkəzi Asiya ölkələri və Avropa İttifaqı arasında görüş keçirilib

BAKI,AzerVoice

Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin növbəti görüşü keçirildi.

AzerVoice xəbər verir ki, görüşdə Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın XİN rəhbərləri ilə yanaşı, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək səviyyəli nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas da iştirak etdi.

Görüşdə Mərkəzi Asiya ölkələri ilə Aİ arasında əməkdaşlığın müxtəlif məsələləri və yaxın zamanda Səmərqənddə keçiriləcək “Avropa İttifaqı - Mərkəzi Asiya” formatında ilk sammitin hazırlıq işləri müzakirə olunub.

2024-cü ilin oktyabrında Aşqabad şəhərində keçirilən Xəzərüstü nəqliyyat dəhlizinin əlaqələndirici platformasının işə salınması ilə bağlı yüksək səviyyəli görüşün əhəmiyyəti vurğulanıb.

Yeni platforma dəmir yolu, avtomobil, liman infrastrukturlarına sərmayə qoyuluşu cəlb edərək, Avropa və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirməyə, nəqliyyat dəhlizlərinin dayanıqlığını artırmağa kömək edəcək.

Bununla yanaşı, Avropa İttifaqının «Global Gateway» təşəbbüsü çərçivəsində rəqəmsal, enerji və ekoloji sahələrdə islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərə diqqət çəkildi. Tərəflər, mədəni-humanitar sahədə qarşılıqlı əlaqələri genişləndirmək, “yaşıl” inkişaf, ətraf mühiti qorumaq, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq sahələrində birgə tədbirləri gücləndirməyin vacibliyini vurğuladılar.

Görüşün yekunları olaraq, “Mərkəzi Asiya — Avropa İttifaqı” formatında 20-ci nazirlər görüşünün Birgə Bəyanatı qəbul edildi.

Digər Kateqoriyalar

2025 © Azervoice