BAKI,AzerVoice
Rus neftini daşıyan köhnə tanker Hindistanın Vadinar limanına buraxılmadı
AzerVoice xəbər verir ki, yüklənmiş məhsul Hindistanın dövlət şirkəti Indian Oil üçün nəzərdə tutulmuşdu.
Tanker 24 fevralda Murmanskda yüklənib və 30 martda alıcıya təhvil verilməliydi. Girişi bloklamağa səbəb, lazımi sənədlərin olmamasıdır.
Hindistanın qaydalarına əsasən, limana daxil olmaq üçün tanker 20 ildən köhnə olmamalıdır. Həmçinin, gəminin limana daxil olmasına icazə verilməsi üçün müvafiq səlahiyyətə malik, şirkət tərəfindən verilmiş xüsusi sertifikat tələb olunur.
Andaman Skies 2004-cü ildə inşa edilib və ona Hindistan limanına daxil olmaq üçün yerli konsaltinq şirkəti Dakar Class tərəfindən sertifikat verilmişdi. Lakin Hindistanın hakimiyyəti bu sertifikatı tanımadığı üçün liman rəhbərliyi tankeri qəbul etməyə icazə verə bilməz.
Gəmi izləmə sistemləri, Andaman Skies-in hazırda Oman və Hindistan arasında hərəkətsiz qaldığını göstərir.