25
BAKI,AzerVoice
Myanma və Çinin bəzi ərazilərində güclü zəlzələlər baş verib.
AzerVoice xəbər verir ki , Myanmanın
Saqainq şəhərində baş verən 7,7 və 6,4 bal gücündəki zəlzələlər,
Çinin Yunnan və Şaansi əyalətlərində də hiss olunub.
Zəlzələlər bölgədə ciddi çaxnaşma yaradıb, amma hələlik ölən və ya
yaralananlarla bağlı dəqiq məlumat verilmir.
Zəlzələnin episentri Myanmanın Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb. Taylandın paytaxtı Banqkokda isə 30 mərtəbəli binanın uçması nəticəsində bir nəfər həyatını itirib.
Qeyd edək ki, zəlzələlər yerli əhalinin həyatını ciddi şəkildə təsirləndirib, amma zərər çəkmiş ərazilərdə hələlik genişmiqyaslı araşdırmalar aparılmamışdır.