Əsas səhifə » Cənubi Koreyada övladlığa götürmə qalmaqalı

Cənubi Koreyada övladlığa götürmə qalmaqalı

BAKI,AzerVoice

Cənubi Koreyada onilliklər əvvəl baş verən övladlığa götürmə qalmaqalı ilə bağlı yeni araşdırma aparılıb.

AzerVoice xəbər verir ki, Dövlət Komissiyası 1960-1990-cı illər arasında Qərb ölkələrinə övladlığa verilən yüzlərlə uşağın sənədlərində saxtakarlığa yol verildiyini müəyyən edib.

Komissiyanın hesabatına görə, həmin dövrdə hökumət orqanları övladlığa götürmə agentliklərinin qanunsuz fəaliyyətinə göz yumub və heç bir cəza tədbiri görməyib.

Araşdırmalara əsasən, Cənubi Koreyalı uşaqların anaları olmasına baxmayaraq, yetim kimi qeydiyyata alındığı və onların şəxsiyyət məlumatlarının bilərəkdən təhrif edildiyi ortaya çıxıb. Hökumətin bu prosesi nəzarətsiz buraxması və agentliklərin hər bir uşaq üçün iki min dollar qazanc əldə etməsinə şərait yaratdığı bildirilib.

Qeyd edək ki, Cənubi Koreyada təxminən 200.000 uşaq Avropa və ABŞ-da ailələr tərəfindən övladlığa götürülüb, onların əksəriyyəti 1970-1980-ci illərdə deportasiya edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice