18
BAKI,AzerVoice
Nyu Yorkda Fələstin tərəfdarları New York Times qəzetinin binası önündə etiraz aksiyası keçirib.
AzerVoice xəbər verir ki yüzlərlə
insan ABŞ-ın Nyu York şəhərində toplaşaraq fələstinli jurnalist
Hossam Shabbat və onun 210-dan çox həmkarının öldürülməsinə etiraz
edib.
Aksiya iştirakçıları media qurumlarını Fələstində baş verən
hadisələri obyektiv şəkildə işıqlandırmağa çağırıb və fələstinli
jurnalistlərə qarşı zorakılığı qınayıb.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində onlarla media nümayəndəsi həyatını itirib, bu da beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.