22
Bakı, AzerVoice
Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Çinin cənub-qərbində də hiss olunub.
AzerVoice xəbər verir ki,Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Çin və Taylandda da hiss olunub. İkonik Awa körpüsü zəlzələ nəticəsində dağılarkən, Taylandda göydələnlərdəki sonsuzluq hovuzları daşdı.
ABŞ Geoloji Xidmətinin açıqlamasına görə, Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin Mandalay şəhərində baş verib. 11 kilometr dərinlikdə baş verən zəlzələ Çinin cənub-qərbində də hiss olunub.
Mandalay şəhərində Awa körpüsü qismən dağılıb. Taylandda binalardakı hovuzlar daşıb.