Bakı, AzerVoice
Ukrayna ilə ABŞ danışıqlar prosesini davam etdirəcək.
AzerVoice xəbər verir ki, bu fikri Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy səsləndirib.
O bildirib ki, ABŞ və Ukrayna arasında yeni görüşlərin keçiriləcəyi gözlənilir, lakin dəqiq tarix hələ ki müəyyən olunmayıb.
“Əminik ki, danışıqlar prosesi davam edəcək və yeni görüşlər olacaq. Amma hazırda konkret tarix deyə bilmərəm” – deyə Tixiy bildirib.
Xatırladaq ki, martın 23-ü ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ər-Riyadda danışıqlar aparılıb. Martın 24-də isə Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri görüşüblər. Danışıqların sonraki mərhələsi isə martın 25-də Səudiyyə Ərəbistanının paytaxtında Vaşinqton və Kiyev nümayəndə heyətləri arasında keçirilib.
Ukrayna tərəfdən görüşlərdə müdafiə naziri Rustem Umerov, Ukrayna prezidentinin ofis rəhbəri müavini Pavel Palisa, silahlı qüvvələrin nümayəndələri və energetika sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
Danışıqlarda enerji obyektləri ətrafında 30 günlük atəşkəs, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri müzakirə olunub.