Əsas səhifə » Türkiyə, Ukrayna məsələsində böyük rol oynayır - Makron

Türkiyə, Ukrayna məsələsində böyük rol oynayır - Makron

Bakı, AzerVoice

Rusiya Ukrayna müharibəsinin dayandırılmasında Türkiyə böyük rol oynayır.

AzerVoice xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə 30 ölkənin iştirakı ilə keçirilən “Ukrayna üçün sülh və təhlükəsizlik” toplantısından sonra deyib.

“Əvvəlcə bunu demək istəyirəm ki, biz Türkiyəyə hörmət edirik. Türkiyə böyük bir dövlətdir və qitəmizin təhlükəsizliyi üçün mühüm rol oynayır”, - deyə Makron bildirib.

Makron Türkiyə ilə dialoqun daim davam etdiyini bildirib. O qeyd edib ki, son aylarda Prezident Rəcəb Tayyib Ərdoğanla mütəmadi olaraq əlaqə saxlayır.

Makron həmçinin Türkiyənin Qara dənizdəki xüsusi rolunu diqqət çəkib.

“Türkiyəni unutmamalıyıq. O, taxıl ixracının sərbəst buraxılmasına yardım etdi. Qara dənizdəki rolu imzalanmış razılaşmalarla tanınan bir reallıqdır”,- deyə Makron vurğulayıb.

Bununla yanaşı, toplantıda Makron Avropanın tarixi bir dönüş nöqtəsində olduğunu qeyd edib və Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.

Makron, həmçinin, qeyd edib ki, Avropa Rusiyaya qarşı iqtisadi təzyiqləri davam etdirməlidir. o bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunması yalnız sülh təmin edildikdən sonra gündəmə gələ bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice