Əsas səhifə » Aİ ABŞ-ın tətbiq etdiyi yeni tariflərə qarşı cavab tədbirləri görməyə hazırlaşır

Aİ ABŞ-ın tətbiq etdiyi yeni tariflərə qarşı cavab tədbirləri görməyə hazırlaşır

Bakı, AzerVoice

Avropa İttifaqı (Aİ), ABŞ-ın avtomobil idxalına tətbiq edəcəyi yeni tariflərə qarşı tədbirlər görməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında açıqlama verib.

“İqtisadi maraqlarımızı qorumağa hazırıq və lazım gəldikdə, ABŞ-ın ədalətsiz addımlara qarşı vaxtında cavab verəcəyik”, - deyə o bildirib.

Gill, əsas prioritetlərinin problemin danışıqlar yolu ilə həll olunması olduğunu bildirərək, Aİ-nin ABŞ ilə münasibətləri pozmaq yox, normallaşdırmaq istədiyini, lakin ABŞ-ın atdığı addımların bu baxımdan səhv istiqamətdə olduğunu qeyd edib.

O ABŞ-ın daha əvvəl polad və alüminium idxalına tariflər tətbiq etdiyini və Avropanın buna təsirli şəkildə cavab verdiyini xatırladıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yerli istehsalı artırmaq məqsədilə idxal avtomobil və yük maşınlarına 25 faizlik gömrük rüsumu tətbiq olunmasına dair qərarnamə imzalayıb.

Yeni tariflərin 2 aprel tarixində qüvvəyə minməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice