39
BAKI, AzerVoice
Avstriyada ibtidai və orta məktəblərdə rəqəmsal cihazların istifadəsi qadağan edilib.
AzerVoice xəbər verir ki, mayın 1-dən
qüvvəyə minəcək yeni tənzimləmə ilə ibtidai və orta məktəblərdə
şagirdlərə cib telefonları və ağıllı saatlar kimi rəqəmsal
cihazlardan istifadə etməyə icazə verilməyəcək.
Səlahiyyətlilər qeyd ediblər ki, müəllimlər qaydalara əməl etməyən
uşaqların telefonlarını müvəqqəti olaraq müsadirə edə bilərlər.
Təkrarlanan pozuntular nəticəsində isə telefonlar yalnız
valideynlərə qaytarılacaq.
Qeyd edək ki, bu qərar uzun müddət müzakirə edildikdən sonra bütün Avstriyada tətbiq olunacaq.