BAKI,AzerVoice
ABŞ Prezidenti Donald Tramp, TikTok-un ABŞ əməliyyatlarını satmaq
üçün razılaşma müqabilində Çinlə tarifləri azaltmağa hazır olduğunu
bildirib.
AzerVoice xəbər verir ki, Tramp,
TikTok-un biznesinin satışında Çin tərəfinin də rol oynayacağını və
bunun müqabilində tarif endirimləri və ya başqa güzəştlər verə
biləcəyini açıqlayıb.
Bu razılaşma, ABŞ qanununun TikTok-un ABŞ filialına Çindəki ana
şirkəti ByteDance ilə əlaqələri kəsməsini tələb etdiyi bir vaxtda
irəli sürülüb. Həmin qanun TikTok-u ABŞ-da qadağan etməyə şərait
yaratmışdı.
Tramp, ByteDance-ə ABŞ-dakı əməliyyatlarını satmaq üçün 75 günlük
bir güzəşt müddəti tanıyıb. Aprelin 5-də başa çatacaq bu müddət
ərzində satış baş tutmasa, TikTok ABŞ-da qadağan edilə bilər.
Qeyd edək ki, Tramp, Çinlə ticarət müharibəsi çərçivəsində son zamanlarda Çin idxalına tarifləri artırıb və Çin də ABŞ-ın kənd təsərrüfatı məhsullarına qarşı tariflər tətbiq edib.