Bakı, AzerVoice
Avropa ölkələri tədricən Ukraynaya qoşun göndərmək ideyasından imtina edərək Kiyevə dəstək üçün alternativ variantlara üstünlük verməyə başlayır.
AzerVoice xəbər verir ki, bu barədə Avropa rəmisi məlumat verib.
“Ukrayna daha üstün mövqedə olanda qoşun göndərmək ideyası daha cəlbedici görünürdü. Amma indi, Ukraynanın hazırkı vəziyyəti və ABŞ administrasiyasının mövqeyi fonunda bu o qədər də məntiqli deyil", - deyə məlumatda bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, bu planlardan imtina etmək, bəzi ölkələrin Ukraynada təlim və digər məqsədə əsgər yerləşdirməyəcəyi mənasına gəlmir.
Martın 27-də Parisdə keçiriləcək Ukrayna ilə bağlı liderlər görüşünə dair konseptual sənəddə ABŞ-ın dəstəyi ilə gələcək sülh razılaşmasının təminatı məqsədilə Ukraynaya hərbi kontingentin göndərilməsinə imkan yaradan bənd hələ də yer alır.
Xatırladaq ki, bundan əvvəl Londonda keçrilən “istəkli koalisiya” ölkələrinin hərbi rəhbərlərinin görüşündə Ukraynaya qoşun göndərilməsi ideyası müzakirə edilmişdi. Həmin gün Britaniyanın baş naziri Kir Starmer, ölkəsinin Ukraynada sülh razılaşmasının təminatı üçün quru, dəniz və hava əməliyyat planları hazırladığını bildirmişdi.