Əsas səhifə » Qəzzada atəşkəsi gücləndirmək üçün çalışırıq - Sisi

Qəzzada atəşkəsi gücləndirmək üçün çalışırıq - Sisi

Bakı, AzerVoice

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında atəşkəsin daimi olması və razılaşmanın digər mərhələlərinin həyata keçirilməsi üçün çalışdıqlarını bildirib.

AzerVoice xəbər verir ki, Prezidentlikdən verilən yazılı açıqlamaya görə, Sisi Qahirənin şərqində inşa edilən yeni inzibati paytaxtda Vəqflər Nazirliyinin təşkil etdiyi Qədr Gecəsi proqramında çıxış edib.

Sisi ölkəsinin Fələstinin haqq işinə dəstək vermək üçün əlindən gələni etməyə davam edəcəyini, Qəzzada atəşkəsin möhkəmləndirilməsi və razılaşmanın qalan mərhələlərinin həyata keçirilməsi üçün səy göstərəcəyini bir daha vurğulayıb.

Misir prezidenti tərəfdaşlarını və dostlarını “qanın tökülməsinin dayandırılması və regionda sülh və sabitliyin bərpası” üçün səyləri birləşdirməyə çağırıb.

Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusunun yenidən hücumlara başlamasından bəri əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 830-dan çox fələstinli həyatını itirib, 1663-dən çox insan isə yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice