Əsas səhifə » Suriya Mümkün qədər tez sabitləşdirilməlidir - Çin

Suriya Mümkün qədər tez sabitləşdirilməlidir - Çin

Bakı, AzerVoice

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Suriyanın beynəlxalq ictimaiyyətin köməyi ilə ən qısa zamanda sülh və sabitliyə nail olmasını gözlədiklərini bildirib.

AzerVoice xəbər verir ki, Fu bəyan edib ki, Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.

Dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Suriya ilə bağlı açıq sessiyada çıxış edən Fu Konq Suriyada əhatəli keçid prosesinin təşviq edilməli olduğunu vurğulayıb.

Suriyanın atdığı son addımları yaxından izlədiklərini qeyd edən Fu, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq real əhatəliliyə nail olmaq üçün ölkədən bütün dairələrlə dialoq və məsləhətləşmələr aparmasını gözlədiklərini ifadə edib.

Suriyada insanların həyat şəraitinin yaxşılaşdırılmasına çağıran Fu Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirib.

Çin nümayəndəsi həmçinin İsrailin Suriyanı hədəf alan hava hücumlarını pislədiklərini və İsrailin Suriya ərazisindən tez bir zamanda geri çəkilməli olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice