Əsas səhifə » Papa Fransisk 2 dəfə ölümdən dönüb

Papa Fransisk 2 dəfə ölümdən dönüb

BAKI,AzerVoice

Papa Fransiskin səhhəti ciddi təhlükə altında olub, həkimlər onu xilas etmək üçün mübarizə aparıb.

AzerVoice xəbər verir ki, Katolik dünyasının lideri, Vatikan dövlətinin başçısı Papa Fransisk ikiqat sətəlcəm diaqnozu ilə 38 gün xəstəxanada müalicə alıb və iki dəfə ölüm təhlükəsi ilə üzləşib. Ən kritik an isə fevralın 28-də, bronxospazm hücumu zamanı öz qusmasını udması ilə baş verib.

Romadakı Gemelli Xəstəxanasında müalicə olunan 88 yaşlı Papanın həkimi, professor Serxio Alfieri İtaliya mətbuatına açıqlamasında bildirib ki, həmin gecə tənəffüs çətinliyi o qədər ağır olub ki, həyatı təhlükəyə düşüb. Papanın özü müalicənin tam gücü ilə davam etdirilməsini istəyib və həkimlər bütün mümkün üsullardan istifadə ediblər.

Qeyd edək ki, bu, Papanın sətəlcəm müalicəsi zamanı ikinci dəfə boğulma riski ilə üzləşdiyi an olub. Martın 23-də Vatikandakı iqamətgahına qayıdan Papa, iki aylıq sağalma prosesinə başlayıb

Digər Kateqoriyalar

2025 © Azervoice