Əsas səhifə » Fransa ordusunun nümayiş uçuşu faciə ilə nəticələnib

Fransa ordusunun nümayiş uçuşu faciə ilə nəticələnib

BAKI, AzerVoice

Fransanın Saint-Dizier bölgəsində nümayiş uçuşu zamanı iki hərbi təyyarə havada toqquşdu.

AzerVoice xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus iki Alpha təyyarəsi aerobatik uçuş zamanı toqquşaraq qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarədə olan iki pilot və bir sərnişin katapult oturacaqlarından istifadə edərək sağ qalıb.

Fransız hərbçilərinin verdiyi məlumata görə, paraşütlə yerə enən şəxslərin vəziyyəti stabildir. Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb, təyyarələrdən biri yerə düşərək yanğına səbəb olub. Müdafiə naziri Sebastyan Lekornu hadisə yerinə təcili yardım briqadalarının göndərildiyini və yaralının müalicə aldığını bildirib.

Qeyd edək ki, qəzanın başvermə səbəblərini araşdırmaq üçün rəsmi istintaq başladılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice