BAKI,AzerVoice
47 il həbsdə günahsız yerə qalan keçmiş boksçu 1,4 milyon dollar təzminat aldı.
AzerVoice xəbər verir ki, Yaponiya məhkəməsi, 1966-cı ildə bir ailənin dörd üzvünü öldürməkdə ittiham edilərək həbs edilən və 47 il sonra günahsız olduğu sübuta yetirilən Hakamata İvao'ya 1,4 milyon dollar təzminat ödənilməsinə qərar verib.
Hakamata, 1968-ci ildə ölüm cəzasına məhkum edilsə də, 2014-cü ildə işin yenidən araşdırılması nəticəsində həbsdən azad olunub. 2024-cü ilin sentyabr ayında tam bəraət qazanan keçmiş boksçunun vəkilləri, uzun illər həbsdə saxlanmasının ona mənəvi və fiziki baxımdan ağır zərər vurduğunu bildirərək, ən yüksək səviyyədə təzminat tələb ediblər.
Məhkəmə qərarında Hakamatanın həbsdə olduğu müddətdə yaşadığı zehni və fiziki əziyyətlər nəzərə alınaraq ona kompensasiya verilməsinə hökm edilib.
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına əsasən, Hakamata İvao edam cəzası gözləyən və ən uzun müddət həbsdə qalan məhkum kimi qeydə alınıb. 2014-cü ildə yeni dəlillər işığında iş yenidən araşdırılıb və 2024-cü ildə məhkəmə ona tam bəraət verib.