Əsas səhifə » Cənubi Koreyada meşə yanğınlarında onlarla insan həlak olub

Cənubi Koreyada meşə yanğınlarında onlarla insan həlak olub

BAKI,AzerVoice

Rəsmi şəxslər, ölkənin cənub-şərqində başlayan meşə yanğınlarında ölü sayısının 15-ə yüksəldiyini bildiriblər.

AzerVoice xəbər verir ki, yanğında, Uiseong bölgəsindəki tarixi bir məbədin də məhv olduğunu qeyd edən rəsmi şəxslər, məbədin içindəki qiymətli əşyaların müxtəlif bölgələrə daşındığını bildiriblər.

Cənubi Koreya hökuməti, Ulsan şəhəri, Şimali Gyeongsang və Cənubi Gyeongsang əyalətləri daxil olmaqla cənub-şərq bölgələrində baş verən meşə yanğınları səbəbindən milli fəlakət vəziyyəti elan etmişdi.

Sancheongda 21 martda başlayan və Ulsan şəhəri də daxil olmaqla ətraf bölgələrə yayılan yanğınlarda 15 nəfər yaralanmış, 3 min 300-dən çox insan təxliyə edilmişdi.

Ölkə üzrə 16 müxtəlif nöqtədə meşə yanğınına dair məlumatlar verilib, 15 min hektar ölçüsündə meşə sahəsinin məhv olduğu bildirilmişdi.

Cənubi Koreya Ədliyyə Nazirliyindən verilən açıqlamada isə Cheongsong bölgəsindəki həbsxanada olan çox sayda məhbusun, yanğından təsirlənməyən həbsxanalara təxliyə edildiyi qeyd olunmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice