Əsas səhifə » İran valyutası dəyərini itirir

İran valyutası dəyərini itirir

Bakı, AzerVoice

İran rialı bu gün ABŞ dolları qarşısında dəyərini itirib.

AzerVoice xəbər verir ki, bu prosses, ABŞ Prezidenti Donald Trampın "maksimum təzyiq" strategiyasını yenidən tətbiq etməsi fonunda baş verir və bazar iştirakçıları İran rialının dəyərinin düşməsindən narahatdır.

İran rialının məzənnəsini izləyən "Bonbast" saytının məlumatına görə, İran valyutası dollar qarşısında rekord həddə enərək 1 milyon 39 min rial təşkil edib.

Bu, rialın dəyərinin, İran prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəldikdən bəri yarıdan çox azalması deməkdir.

Təxminən 40 faiz olan illik inflyasiya fonunda iranlılar dollar, qızıl və digər valyutaları almağa üz tutur.

Xatırladaq ki, 2018-ci ildə Trampın birinci prezidentliyi dövründə tətbiq edilən sanksiyalar zamanı İran rialı dollar qarşısında 55 min səviyyəsinə qədər enmişdi. Həmin sanksiyalar İranın neft ixracını azaltmaq və xarici valyutalara çıxışını məhdudlaşdırmaq yolu ilə Tehrana təzyiq məqsədi daşıyırdı.

Digər Kateqoriyalar

2025 © Azervoice