Bakı, AzerVoice
ABŞ və Rusiya Ukraynada davamlı sülhə nail olmaq üçün birgə çalışmağa davam edəcəklər.
AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin Ər-Riyadda Rusiya və ABŞ ekspert qruplarının görüşünün yekunlarına dair təqdim etdiyi bəyanatında deyilir.
“Sülhə nail olmaq məqsədilə ABŞ və Rusiya birgə səyləri davam etdirəcək. ABŞ Prezidenti Donald Trampın hər iki tərəfdə itkilərin dayandırılmasının Rusiya-Ukrayna münaqişəsinin davamlı sülh yolu ilə həlli üçün zəruri şərt olduğuna dair prinsipial mövqeyi bir daha təsdiqlənib. Bu məqsədlə ABŞ münaqişənin sülh yolu ilə həllinə Ər-Riyadda əldə olunmuş razılaşmalar çərçivəsində töhfə verməyə çalışacaq”, – deyə sənəddə bildirilir.
Ağ Ev həmçinin bildirib ki, ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə kömək edəcək.
"Birləşmiş Ştatlar, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışının bərpasına, dəniz sığortası xərclərinin azaldılmasına, eləcə də bu tip ticarət əməliyyatları üçün limanlara və ödəniş sistemlərinə çıxışın təmin olunmasına yardım göstərəcək", – deyə məlumatda qeyd olunub.